Deməli, bizim bu doğma Azərbaycan sözünün mənşəyi haqqında milli tarixçilərimizin
bir versiyası var. Deyirlər ki, bu “Xəzərbayqan” sözündən yaranıb. “Xəzər” bilirsiniz
nədir, “bəy”i də həmçinin, qaldı “qan”
suffiksi də yer deməkdir. Yəni Xəzər bəyin yeri. Mən bu
versiyaya inanardım, amma bu versiyanı dilə gətirənlər heç cür izah edə bilmirlər
ki, bu “x” hərfi hara itib, bunun başına nə iş gəlib. Elə bu “x” hərfinin aqibətini
düşünürdüm ki, ağlıma başqa bir versiya gəldi.
Yəni mənim fikrimcə Azərbaycan
sözü Xəzərbaycan deyil, Bazarbaycan sözündən əmələ gəlib. Əşşi, bir dayan görək!
Bilirəm ki, bu versiyanı məndən qabaq dilə gətirblər. Amma mən onu isbat edəcəm.
Məsələ burasındadır ki, mən “B” hərfinin hara itib batmasını elmi şəkildə izah
edə bilərəm. Amma bu axırda olacaq, indi isə gəlin Sizə başa salım ki, niyə məhz
Bazarbaycan?
"Bazar-bəy-qan"- başqa
sözlə Bazar bəyin yeri. Möcüzədir ki, bu sübutlar niyə indiyə kimi tarix
kitablarımızda istifadə olunmayıb. Həzərat, bura dünyanın ilk bazarı olub. Onun
əsasını qoymuş əfsanəvi Bazar bəy, bazarı kəşf edəndən sonra birincisini burada
yaradıb öz adını da qoyub ona. Tədricən hər məmləkətdən bura adamlar gəlib və
tarixdə ilık bazar mədəniyyəti formalaşıb, bazarbaycanlıların mədəniyyəti.
Mən Sizə bir dəfə yazmışam ki, məsələn, Xarəzmdə aparılan
arxeoloji tədiqatların ən böyük mistikası odur ki, orada pul tapılımır. Amma
burada bizdə elə hər yerdən pul çıxır, özü də dünyanın hər yerinə aid pullar. Bu
yaxınlarda hətta Ağsudan Hollandiya dukatları da tapdılar. Bir sözlə buranın
Bazarbaycan olduğunu arxeoloji qazıntılar da sübut edir. Bizim camaatın məhz
bazar camaatı olduğunu, yəni xırda alverə aludəçiliyini həmçinin arxeoloji
qazıntılardan tapılan pulların əksəriyyətinin mis pullar olması da sübut edir.
Bax tutaq ki, biz gedirik xaricə. "Xax" dərhal gedir nə bilim
muzeyə, teatra və sair gic-gic yerlərə, biz isə gedirik məhz dükana.
Bakı
sözü də BA ilə başlayır. Niyə Bazar Bakı olub, mənim izahım belədir: Bura əvvəl
deyiblər “Bazarbaycanın paytaxtı”, sonra sözü qısaldıblar olub “bazarın
paytaxtı”. Sonra paytaxt sözünü suffikslə əvəz ediblər olub “bazarınkı”, sonra
söz uzun olduğundan daha da qısaldıb ediblər prosto “Bakı”. Qədimdə belə ənənələr olub, məsələn amerikalılar Los Angelesə “eley” (əlifbanın baş hərfləri ilə-LA) deyirlər.
Bazar bizimdir. Baxın, cənubda Təbrizdən Tehranadək azərbaycanlılara
“bazari” deyirlər. İranın istənilən digər müəssisəsində, məktəbdə, idarədə
farsca danışırlar, amma nəinki Təbriz, hətta Tehranda da bazarda ancaq Azərbaycan
dilindən istifadə olunur.Deyilənə görə hətta İrəvan bazarında belə danışıq dili Azərbaycan dilidir. Niyə?
Ona görə ki, orada indi göyərti satanlar bizim güneyli qardaşlarımızdır. Erməni
farsca bilmir, güneyli qardaş da nə ermənicə bilir, nə də rusca. Bu halda nə
dilində danışmaq lazım gəılir, əlbəttə məhz azərbaycanca. Can bazar! Bizi xilas
edəcək.
Hətta iş o yerə çatmışdı ki, qərb mətbuatı İrandan yaşıl
inqilabın iflasının səbəbkarı kimi da məhz bizləri göstərərkən bu qədim adımızdan
istifadə edirdilər. Yəni açıq yazmırdılar ki, bu yaşıl inqilab onu azərbaycanlıların
dəstəkləməməsi səbəbi ilə baş tutmayıb, sadəcə deyirdilər ki, bazarilər
demokratik dəyişiklikləri istəmədilər.
Bizim
yalnız güneyli deyil, elə quzeylilərimiz də bazarbaycanlı olduqlarını tarixən
sübut ediblər. Məsələn, gedin Rusiyanın, Ukraynanın istənilən bazarına bizimkilərlə
tıxlı təpildir. Burada hər şeylə məşğul olublar. Təzə iri bazar bəylərimiz də
peyda olub. Bir sözlə bazar bizlikdir. Biz bazarıq və bazar bizik!
Elə
özümüzə baxın, dünyanın heç yerində olmayan bazarlar bizdə var. Məsələn, maşın
bazarı, kvartira bazarı, qara bazar, kömürçü bazarı, ermənikənd bazarı,
mikrorayon bazarı. Ay camaat, bütün yer üzündə quldarlıq ləğv olunub, amma bizdə qul bazarı da var! A kişi, universitet bazarı, qiymət alıb satmaq, bunu biz
icad eləmişik!
Bazar
bizim folklorda da özünə geniş yer tapıb. Atalar
sözlərimiz var, məsələn “örtülü bazar
dostluğu pozar” kimi. Həmçinin
populyar dualarımız var: “Allah bazar versin, bazar olsun”. Salamlarımız var: “bazarun
xeyir” kimi. Bizdə bir söz var “siftə” dünyanın heç bir dilinə tərcüməsi
yoxdur. Hansı dildənki götürmüşük orada da başqa məna verir.
Adamların
pulu oldu olmadı həvəslə getdiyi bir yer var o da bazarlıq! Bazar
palçığı ilə, çirki ilə, fırıldağı ilə, təmiz tualeti ilə bizim kimlyimizdir. Biz bəzən heç nə
almırıq, sadəcə elə qiymət öldürməyə bazara gedirik. Xoşumuz gəlir prosesdən. Bazar
bizə o qədər mərhəmdir ki, bizdən kimsə nəyinsə qiymətini soruşanda heç vaxt əsil
qiymətini demirik. Ağlımıza gələn qiyməti deyirik, sonra əlavə edirik ki, aşağı yeri var, yəni gəl
bazarlıq edək. Ürəyimiz açılır, başlayırıq bazarlığa gülə-gülə, hap- gop, zarafat, yalançı andın biri bir qəpiyə.... Bir sözlə əsil bazarlıq, bəh-bəh!
Yaşasın
Bazarbaycan! Bizdə
bir söz var deyirlər "ala, bura sənin üçün bazar deyil”. Biz o qədər tariximizə
biganəyik ki, elə bilirik bu neqativ söhbətdir. Əsla. “Bura bazar deyil”, yəni özünü yığışdır,
azadlıq bazarda qaldı. Burada kimliyini gizlətməlisən, burada özünü elə
aparmalısan guya kulturni zadsan. Bir sözlə ikiüzlülük, qeyri səmimilik.
Halbuki bazarda məhz özün olursan, əsil bazərbaycanlı olursan. Bura
bazardır-burada hər şey olar! Elə ki, bazardan çıxdın, özünü yığışdır, özünü elə
apar ki, guya bazar adamı deyilsən. Yəni bizim uçün azadlıq ancaq bazarda var!
Yaşasın
Bazarbaycan! Bu “bazar adamı” sözünə mənfi çalar verilməsi
də imperializmin azərbaycanlılara qarşı diskriminasiya siyasətinin nəticəsidir. Bir dəfə
xaricdə bir rus xanım gördüm, o saat özümü verdim bunun yanına mükəmməl rus
dilində dedim ki, "ağez, ti otkuda?" dedi ki, "a vi?" Dedim ala, Azərbaycan!!!!
Dedi: “aaa, rinok” Dedim aaz, kimə deyirsen, bir de gördüm bir ejdaha İvan gəlir
ki, "chto sluchilos", dedim, “ona mne
rinok skazal”, ya prosto xotel obyasnyit chto, ya ni rinok, ya bazar:) Dedi ki, “bazaru net:)
Həzərat, söhbət əsnasında dostlardan biri yadımıza saldı ki ölkənin ən yüksək nöqtəsi də "Bazardüzü" adlanır,
No comments:
Post a Comment